“Uşaq hüquqları aylığı” ilə bağlı dəyirmi masa
BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində məktəbdə 14.11.2017-ci il tarixində “Uşaq hüquqları aylığı” ilə bağlı dəyirmi masa keçirildi. Dəyirmi masada şagirdlər “Nəyə görə bizim xüsusi uşaq hüquqlarına ehtiyacımız var?”, “Mən uşaq hüquqları haqqında nə bilirəm.”, “Uşaq hüquqları sinifdə necə həyata keçirilə bilər?” mövzuları haqda topladıqları məlumatları təqdim etdilər. Müəllimlər qısa şəkildə uşaq hüquqları barədə məlumat verdilər.