“Təhsildə keyfiyyət ili” ilə bağlı pedaqoji mühazirələr
Məktəbimizin metodbirləşmə sədrləri 01.11.2017-ci il tarixində mühazirələr keçirdilər. Mühazirədə Ana dili və Ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Mayilova Səltənət çıxış edərək bildirdi ki, Ümumitəhsil məktəbində yaradıcı və sağlam mənəvi – psixoloji mühitin yaradılması üçün ilk növbədə sağlam kollektiv lazımdır. Bizim kollektiv yaradıcıdır, yeniliklərlə tanış olur. Kimya fənni üzrə metodbirləşmə sədri Həsənova Telli bildirdi ki, kimya fənninin tədrisində müasir təlim texnologiyalarını aşılamaq lazımdır. Biologiya fənni üzrə metodbirləşmə sədri Nərimanova Gülnarə də çıxış edərək bildirdi ki, istedadlı şagirdlərin üzə çıxarılmasını təşkil edib, onların fənn olimpiadalarında iştirakını təşkil etmək zəruridir.İngilis dili fənni üzrə metodbirləşmə sədri Hüseynova Məmləkət ingilis dili fənnindən interaktiv təlim metodlarından istifadə qaydalarından danışdı. Coğrafiya fənninin metodbirləşmə sədri Nurəliyeva Cəvahir təlim prosesində müəllim – şagird münasibətlərinin pedaqoji əməkdaşlıq əsasında qurulmasının nəticələrini izah etdi.Rus dili fənninin metodbirləşmə sədri Əsgərova Sədaqət çıxış edərək bildirdi ki, biz təlimdə geri qalan şagirdlərlə əlavə məşğələlər keçirməklə, tədbirlər hazırlayarkən onları cəlb etməklə təhsilə marağını artırmaq, müsbət keyfiyyətlərini üzə çıxarmağa çalışırıq.