18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Oktyabr ayının 17-də məktəbin akt zalında 5 – 9 –cu sinif şagirdlərinin iştirakı ilə 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə məktəb kollektivi və valideynlər də iştirak etdi. Ədəbi-bədii kompozisiyanın təqdimatında müstəqilliyimizə həsr olunan mahnılar ifa olundu. B.Vahabzadənin, X.R.Ulutürkün, M.Arazın, M.Şəhriyarın şeirləri söyləndi. Rəqs nömrələri nümayiş olundu. Tədbirdə öz fəaliyyəti ilə fərqlənən şagirdlərə məktəbimizin direktoru Məlahət Əliyeva təşəkkür etdi və fəxri fərmanla təltif etdi. Sonda məktəbin direktoru Məlahət xanım Əliyeva tədbirin təşkilatçılarına və iştirakçılara öz təşəkkürünü bildirdi. Müstəqilliyimizin əbədi və dönməz olacağına inamını ifadə etdi.