Bakı şəhəri P.İsmayılov adına 278 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 23 – cü ildönümü ilə əlaqədar keçirilmiş tədbir
P.İsmayılov adına 278 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 23 – cü ildönümü ilə əlaqədar olaraq 24.02.2015 – ci il tarixində tədbir keçirildi.1.Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.2.Xocalı faciəsinə həsr olunmuş rəsmlər çəkilmiş bütün siniflər üzrə divar qəzetləri çıxarılmışdır.3.Xocalı faciəsinə həsr olunmuş dəyirmi masa keçirilmiş, məktəbimizin müəllimi Xocalı sakini öz ailə üzvlərini faciədə itirən Əzizova Şəfiqə və yaxınları dəyirmi masaya dəvət olunmuşdular.4.Xocalı faciəsinin 23 – cü ildönümünə həsr olunmuş ədəbi – bədii kompazisiyaya valideynlər dəvət olunmuşdular. Şagirdlər Xocalıya həsr olunmuş şeirlər, mahnılar və müxtəlif əsərlərdən səhnəciklər göstərmişdilər.5.Tədbirin sonunda məktəbin direktoru Məlahət xanım Əliyeva çıxış edərək bildirmişdir ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində işğal altında olan torpaqlarımız tezliklə geri qaytarılacaq. Azərbaycanın üç rəngli bayrağı Şuşada, Laçında, Xocalıda və digər rayonlarımızda dalğalanacaqdır.Biz buna inanırıq.Xocalı faciəsinin 23 – cü ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsində 2 şagirdimiz Suraxanı rayonu İdman Gənclər İdarəsi tərəfindən rayon üzrə müsabiqənin qalibi olub və fəxri fərmanla təltif olundular.9 - cu sinif şagirdləri:1.Şirinova Aynurə Eldar qızı2.Cəfərzadə Səbinə Saleh qızıTədbirin video görüntüsünə "https://www.youtube.com/watch?v=pkta1kDBbe0" ünvanda yerləşdirilib.