Təhsil nazirinin təhsildə fərqlənən məzunlarla görüşü

İyunun 14-də təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə təhsildə müvəffəqiyyətləri ilə fərqlənən məzunlarla görüşüb. Görüşdə məktəbimizin 11“A” sinif şagirdi Əhmədova Pərvin Respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibi kimi də iştirak edib. Təhsil naziri Mikayıl Cabbarov məzunları təhsillərini uğurla başa vurmaları münasibətilə təbrik edib və onlara yeni-yeni nailiyyətlər arzulayıb.