“Tullantılardan incəsənətə” mövzusunda “Dəyirmi masa”

Məktəbimizdə 2017-ci il iyun ayının 5-də kimya fənnindən “Tullantılardan incəsənətə” mövzusunda “Dəyirmi masa” keçirildi. Dəyirmi masada şagirdlər “Təmiz şəhər”, “Təmiz qala” layihəsi haqqında çıxış etdilər. Şagirdlərin tullantılardan hazırladıqları maraqlı əl işləri nümayiş etdirildi. Tədbirdə şagirdlər Gəncədəki tarixi bina, Butulka evi, Nabran sakini Baləhməd kişinin tikdiyi evdən danışdılar. Göygöl sakini olan Cəfərov Elvinin kibrit çöplərindən əl işləri haqqda bəhs edildi. İstifadəsiz əşyalardan maraqlı kompozisiyalar nümayiş etdirildi. Rus bölməsinin şagirdləri Qala qoruğunda olduqlarını söylədilər. Onlar “Tullantıdan sənətə” muzeyində gördüklərindən danışdılar. Tədbirin sonunda məktəbin direktoru Məlahət xanım Əliyeva çıxış etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi