“Ekoloji aylıqlar” çərçivəsində “Təhsili Dəyərə Çevirək” devizi altında “Sağlam həyat tərzi” mövzusunda "Dəyirmi masa"

Məktəbimizdə 23.05.2017 – ci il tarixində “Ekoloji aylıqlar” çərçivəsində “Təhsili Dəyərə Çevirək” devizi altında “Sağlam həyat tərzi” mövzusunda "Dəyirmi masa" keçirildi. İbtidai sinif müəllimi Əhmədova Səadət tədbiri açıq elan etdi, himn səsləndi. Sonra ibtidai sinif müəllimləri və onların şagirdləri “Sağlam həyat tərzi” mövzusunu əhatə edən məlumatları təqdim etdilər. 2“B” sinif şagirdləri Səadət Əhmədovanın rəhbərliyi ilə “Sağlam qida” haqqında geniş məlumat verdilər. Onlar sağlam həyat tərzi üçün düzgün qidalanmanın zəruri olduğunu, insanın sağlamlığına necə təsir etdiyini, sağlam qidanın 10 açarını və 5 qızıl qaydasını geniş izah etdilər, qida piramidasını təqdim etdilər. Qida piramidasında yer tutan vitaminlər haqqında məlumatı Sevinc Əhmədova və 3“D” sinif şagirdləri təqdim etdi. Onlar vitaminlərin faydası haqqında “Meyvələrin söhbəti” səhnəciyi ilə fikirlərini çatdırdılar. “Sağlam həyat tərzi”nin şaxələrindən biri olan şəxsi gigiyena qaydaları haqqında 3“E” sinif müəllimi Həqiqət Nuriyeva və onun şagirdləri məlumat verdilər. Onlar şəxsi gigiyena qaydalarına əməl etməyin sağlam həyat tərzi üçün vacib olduğunu sübut etdilər. 4“B” sinif müəllimi Sevinc Ağayeva şagirdləri ilə gün rejiminə ciddi əməl etməyin sağlamlıq üçün vacib olduğunu vurğuladılar. Şagirdlər hər kəsə tövsiyə etdilər ki, sağlam olmaq istəyirsinizsə, ilk növbədə, gün rejiminə ciddi əməl etmək lazımdır. İdman və istirahətin sağlamlıq üçün əsas yer tutduğunu 3“Ə” sinif müəllimi Vəfa Həsənova və şagirdləri öz çıxışları ilə sübut etdilər. Qeyd etdilər ki, sağlam bədəndə sağlam ruh olar.İnsanların sağlamlığı üçün yaşıllıqların çox olması da önəmlidir. Bu mövzu ətrafında 3“B” sinif müəllimi Raya Əliyeva və onun şagirdləri geniş məlumat verdilər. Onlar ulu öndər Heydər Əliyevin “Əgər kimsə sağlam ağacı kəsirsə, o nəyinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü – özünə xəyanət edir. Ona görə də siz hər ağacın qorunmasına nəzarət etməlisiniz” kalamını örnək tutaraq yaşılıqların artırılması və qorunması haqqında öz fikirlərini təqdim etdilər.2“C” sinif müəllimi Kəmalə Ələkbərova və şagirdləri sağlam həyata ziyan vuran zərərli vərdişlərdən bəhs etdilər və bu vərdişlərə aludə olmamağı tövsiyyə etdilər. Sonda söz məktəbimiz direktoru Məlahət xanım Əliyevaya verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi