“Azərbaycan və İslam”, “İslam mədəniyyəti və sevilizasiyalararası münasibətlər” mövzusunda dəyirmi masa
16 may 2017-ci il tarixində məktəbdə “Azərbaycan və İslam”, “İslam mədəniyyəti və sevilizasiyalararası münasibətlər” mövzusunda Dəyirmi masa keçirildi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini R.Nazpəri, ədəbiyyat müəllimləri və 7-ci sinif şagirdləri iştirak etdilər. Tədbiri ədəbiyyat müəllimi H.Ofelya açıq elan etdi və ədəbiyatımızda islam dəyərlərinin təcəssumü haqqında danışdı. Şagirdlər 2017-ci ilin “İslam həmrəyliyi” ili elan edilməsindən, İslam mədəniyyəti və memarlığından, islam alimlərinin kəşflərindən, ölkəmizdə islam dəyərlərinə münasibətdən, Azərbaycanda dini maarifçiliyin genişlənməsindən, “Dini etiqad azadlığı haqqında” qanunun həyata keçirilməsindən danışdılar. Sonda şagirdlər Səməd Vurgunun “Azərbaycan” şeirindən bəndlər söylədilər.