Növbəti Pedaqoji Şura keçirildi

27 may tarixində məktəbdə Pedaqoji Şura keçirildi. Görüşdə qarşıda duran cari məsələlər, o cümlədən "Son zəng" tədbiri ilə bağlı məsələlər müzakirə olundu. Məktəbin direktoru Sevinc Hüseynova pedaqoji heyəti Son zəng tədbiri ilə bağlı daxil olmuş təlimatlar barədə məlumat verdi, qoyulmuş tələbləri onların diqqətinə çatdırdı. Həmçinin bu təlimatlar məktəbin girişlərinə də yazılıb asıldı.Pedaqoji heyətin rəy və təklifləri dinlənildi. Qeyd olunan mövzularla əlaqədar müvafiq qərarlar qəbul edildi.