20 Yanvar faciəsinin 35-ci ildönümü kitabxanada
16.01.25 tarixində kitabxanada 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar "Qəhrəmanlıq səhifəsi-20 Yanvar" mövzusunda tədbir keçirilib.Tədbirdə iştirakçılar 20 Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edən məktəbin kitabxana müdiri Ağayeva Bənövşə 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına , dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb.A. Hümbətova qeyd edib ki, 35 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük vətən müharibəsi 8 noyabr tarixində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulması ilə başa çatıb. Bu zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb.