RFO-nun nəticələri açıqlandı

22 dekabr tarixində keçirilən Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb. Olimpiadada iştirak edən şagirdlərdən 5 nəfər -8 a sinif şagirdi Nicat Vəliyev, 9b sinif şagirdləri Panəlili Elmir ,Əliyev Nihat,11 e sinif şagirdi Nuray Əmirova və 11 ə sinif şagirdi Kənan Məmmədli Respublika Fənn Olimpiadalarının yarımfinal turuna vəsiqə qazandılar. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Şagirdlərimizi təbrik edir və uğurlar diləyirik.