“Kiberbullinq nədir?” mövzusunda təlim

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 275, 278, 279, 285 və 290 nömrəli tam orta məktəblərin Anti-kiberbullinq klubunun üzvlərinə “Kiberbullinq nədir?” mövzusunda təlim keçirilib. Təlim zamanı şagirdlər kiberbullinqin psixoloji təsirlərini anlayıb və çətin vəziyyətlərlə effektiv mübarizə aparmaq bacarıqlarına yiyələniblər.
Xatırladaq ki, “Biz birlikdə kiberbullinqə qarşı” layihəsi Bakı şəhər 278 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Adnayeva Günay tərəfindən icra olunur. Layihənin məqsədi məktəblərdə kiberbullinqə qarşı mübarizə klubları yaradaraq şagirdləri maarifləndirmək və təhlükəsiz mühitdə təhsil almalarını təmin etməkdir.