31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
25 dekabr 2024-cü il tarixdə məktəbdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə musiqili-əyləncəli tədbir keçirilmişdir. Məktəbin pedaqoji kollektivi, şagird və valideynlərin iştirak ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Tədbir məktəbin rus dili müəllimi Cəlalət İbrahimovanın rəhbərliyi ilə məktəbin 5_c və 6_C sinfində təhsil alan şagirdlərin iştirakı ilə hazırlanmışdı.
Məktəbin direktoru Sevinc Hüseynova çıxış edərək, qonaqları qarşıdan gələn 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik etmiş və bu əlamətdar günün əhəmiyyətindən, eləcə də xalqımızın birlik və həmrəylik ideyalarının sabahımız və gələcəyimiz sayılan şagirdlərimizə aşılanmasının vacibliyindən söz açmışdır. Həmçinin, 44 günlük Vətən müharibəsində canından keçmiş qəhrəman şəhidlərimizin və qazilərimizin hesabına qarşıdan gələn yeni 2025-ci ili qalib xalqın nümayəndələri kimi qarşılayacağımızdan, ölkəmizin əldə etdiyi uğurlardan danışmışdır.