Şanlı tarixi olan qədim diyar-Naxçıvan

      "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə  cari ilin dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı" layihəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

    Bu məqsədlə məktəbdə tədbir təşkil edildi. Tədbirdə 9 B sinif şagirdi Kamal Dadaşovun ifasında "Badamlı" mahnısı,2024-cü ilin məzunu hal hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Yusif Ələkbərovun ifasında "O Naxçıvandır" mahnısı səsləndi. Həmçinin məktəbin V sinif şagirdlərinin təqdimatında Naxçıvan yallısı nümayiş edildi. Daha sonra məktəbin direktoru Sevinc Hüseynova çıxış edərək Naxçıvanın Azərbaycan tarixində tutduğu əhəmiyyətli mövqeyindən danışdı. Tədbir Naxçıvan Muxtar Respublikasının ləziz nemətlərindən ibarət sərginin nümayişi ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi