VII siniflərdə monitorinqlərin nəticələri təhlil olundu

Məktəbin illik Fəaliyyət planına uyğun olaraq 7-ci siniflərinin ana dili, riyaziyyat və xarici dil fənləri üzrə şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsinin təmin edilməsi məqsədi ilə monitorinq keçirilmişdir. Monitorinqlərin nəticələrini təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnaz Allahverdiyeva tərəfindən 7-ci sinif şagirdlərinin valideynləri və onların fənn müəllimlərinin iştirakı ilə müzakirə olundu.