"Azərbaycana fəda edilmiş şərəfli ömür" mövzusunda esse müsabiqəsi

Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər həyata keçirilir. Unudulmaz dahi şəxsiyyətin mənalı həyat yolundan, zəngin və çoxşaxəli irsindən bəhs edən “Azərbaycana fəda edilmiş şərəfli ömür” adlı esse yazı işi bu sıradandır. Müsabiqədə 8-11-ci siniflərdən şagirdlər iştirak edirdilər. Ən yaxşı yazılar seçilərək qaliblərə diplomlar təqdim olunacaq. Tədbirdə iştirak edən bütün şagirdlərə təşəkkür edirik!