"Düşünür şair Məhtimqulu Fəraqi" esse müsabiqəsi
Türk Dünyasının önəmli şəxsiyyətlərindən biri olan Məhtimqulu Fəraqinin anadan olmasının 300 illik yubileyi ərəfəsində TÜRKSOY tərəfindən keçirilən esse müsabiqəsində məktəbin 9_d sinif şagirdi Ramal Babaşov uğur əldə edərək diplomla mükafatlandırılmışdır. Qeyd edək ki, müsabiqədə TÜRKSOYun yaradıcı ölkələri Azərbaycan,Qazaxıstan, Qırğızıstan,Özbəkistan,Türkiyə və Türkmənistandan şagirdlər iştirak edirdilər. Ramalı və onun Azərbaycan dili,ədəbiyyat müəllimi Xanım Məmmədovanı məktəb kollektivi adından ürəkdən təbrik edirik.