Ulu Öndərin anım gününə həsr olunmuş intellektual oyun

  Məktəbimizdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Həmişəyaşar öndərimiz-Heydər Əliyev” adlı breyn-rinq keçirildi.Breyn-rinq 8 -9-cu siniflər arasında keçirildi. Heydər Əliyevin həyatı, maraqları və siyasi fəaliyyətinə dair suallardan ibarət olan breyn-rinq 3 mərhələdən ibarət idi. Birinci mərhələdə hər 5 komanda "Odlar yurdu","Şuşa","Dəmir yumruq","Zirvə" və "Xarıbülbül" biliklərini sınadı. Finalda daha çox suala cavab verən "Şuşa" komandası yarışın qalibi oldu. Yarışdan sonra məktəbin direktoru Sevinc Hüseynova komandalara diplomları təqdim etdilər. Yarışın keçirilməsində əsas məqsəd gənclərin  intellektual inkişafının artırılmasına yardım göstərmək, onların intellektual potensialını formalaşdırıb üzə çıxarmaq və cəmiyyətə   sağlam düşüncəli şagirdlərin təqdim edilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi