"Qan.Qanın damarlarda hərəkəti" mövzusunda nümunəvi dərs

Məktəbin fəaliyyət planınına əsasən dekabr ayı Kimya-Biologiya-Fizika aylığı elan olundu. Bu ay çərçivəsində məktəbin biologiya müəllimi Samirə Məmmədova biologiya fənni üzrə Qan.Qanın damarlarda hərəkəti mövzusunda nümunəvi dərs keçirdi. Məktəbin direktoru Sevinc Hüseynova,təlim-tərbiyə işləri üzrə direktor müavinləri dərsdə iştirak edirdilər. Dərsdə resurslar,dərslik,elektron təqdimat,paylama materiallarından istifadə olundu. Şagirdlər dərsdə qanın damarlarla necə hərəkət etdiyini,qan niyə qırmızıdır,qan orqanizmdə hansı funksiyaları yerinə yetirir suallarına cavab taparaq,yeni məlumatlar əldə etdi. Dərsdə videomaeriallardan,qan preparatlarından,təzyiq aparatından istifadə olundu.Təzyiq aparatının istifadə qaydası canlı şəkildə nümayiş oldu.Qruplarla yaradıcı tətbiq etmədə şagirdlər leykosidlər,trombosidlər,eritrosidlərin şəkillərini çəkdilər sonra müzakirə olundu.Sonda fəal qrup və şagirdlər müəllim tərəfindən qiymətləndirildi.