İbtidai siniflərdə nümunəvi dərslər keçirilir

    İbtidai siniflər aylığı çərçivəsində dekabrın 5-də Vəfa Həsənovanın təşkilatçılığı ilə 3_ə sinfində Rus dili fənni üzrə “Tıq-Tıq xanım” mövzusunda nümunəvi dərs keçirilib.Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

    Nümunəvi dərsdə fəal təlim üsullarından, slaydlardan istifadə olunub. Rollu oyunlardan istifadə edilməklə mövzuya aid səhnəcik nümayiş etdirilib. Fənn müəllimi müxtəlif imkanlarından istifadə edərək, mövzunun dərindən mənimsənilməsinə nail olub. Dərsdə şagirdlərin fəallığı və  sinifdə müəllim-şagird münasibətlərində demokratiklik təmin olunub. Daha sonra şagirdlər qruplara ayrılaraq onlara verilən tapşırıqları yerinə yetiriblər.

    Nümunəvi dərsdə məktəb rəhbərliyi  iştirak edib. Dərs dinləyənlər tərəfindən qənaətbəxş hesab olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi