Məktəbdə 4-cü sinif şagirdləri arasında monitorinq keçirildi
4 dekabr 2024-cü il tarixində məktəbimizdə 4-cü sinif şagirdləri arasında Tədris dili və Riyaziyyat fənlərindən monitorinq keçirilib. Ümumilikdə 7 sinif -5 sinif Azərbaycan bölməsi, 2 sinif isə rus bölməsi monitorinqdə iştirak edib. Monitorinqin əsas məqsədi şagirdlərin bu fənlər üzrə bilik və bacarıq səviyyələrini dəyərləndirmək, həmçinin tədris prosesinin effektivliyini artırmaq,mövcud problemləri müəyyən etmək idi. Şagirdlər həm yazılı, həm də tətbiqi tapşırıqları yerinə yetiriblər. Monitorinq nəticələri məktəb rəhbərliyi tərəfindən təhlil olunaraq, təlim prosesinin keyfiyyətini daha da artırmaq məqsədilə təkliflər hazırlanacaq. Bu cür qiymətləndirmələr şagirdlərin təlimə marağını artırmaq və daha uğurlu nəticələr əldə etmək üçün vacib rol oynayır.