"Ailə və məişət zorakılığı” mövzusunda tədbir
Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. 28 noyabr 2024-cü il tarixində məktəbdə “Ailə və məişət zorakılığı” mövzusunda tədbir keçirildi. Tədbirdə psixoloqlar Günay Əliyeva,Ruhiyyə Omarova və UBR Lalə Nəbiyeva şagirdlərə ziyanlı vərdişlər haqqında ümumi və geniş məlumat verdilər.