"Biz birlikdə kiberbullinqə qarşı" layihəsinin açılış tədbiri keçirildi
Tədbir Bakı şəhəri 278 nömrəli tam orta məktəbdə keçirilsə də, layihənin miqyası Bakı şəhəri 275, 279, 282, 285, 290 nömrəli məktəbləridə əhatə edəcəkdir. Açılışda layihənin məqsədi və görüləcək işlər barəsində tədbir iştirakçılarına məlumat verilib.
"Biz birlikdə kiberbullinqə qarşı" layihəsi Adnayeva Günay tərəfindən həyata keçirilir və məktəblərdə kiberbullinqə qarşı mübarizə klubları yaradaraq şagirdləri maarifləndirmək və təhlükəsiz mühitdə təhsil almalarını təmin etməyi hədəfləyir. Nəzərdə tutulan fəaliyyətlər müxtəlifdir: təlim materialları hazırlanması, müəllim və şagirdlər üçün təlim və sorğular keçirilməsi, anti-kiberbullinq klubu yaradılması, anti-kiberbullinq həftəsi və videotəqdimat müsabiqəsinin keçirilməsi planlaşdırılır.