Metodbirləşmə rəhbərləri ilə iclas keçirildi
Məktəbin Fəaliyyət planına uyğun olaraq müəllimin innovativ təcrübəsinin müəyyənləşdirilməsi, həmkara dəstək, elmi-metodiki tövsiyələrin və məktəbin test bankının hazırlanması, məktəbdə qabaqcıl təcrübənin bölüşdürülməsi – həmkardan öyrənmək və öyrətmək, innovativ layihələrin hazırlanması və layihələrdə iştirak, pedaqoji heyətin davamlı peşəkar inkişafının təmin edilməsi məqsədilə məktəb rəhbərliyinin və fənn metodbirləşmə sədrlərinin iştirakı metodbirləşmə iclası keçirildi. Metodbirləşmə iclasında İllik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulmuşdur. Eyni zamanda əsas məsələlərdən biri də fənn olimpiadalarının məktəb mərhələsinin keçirilməsini təmin etməkdən ibarət idi. Həmçinin, ayrı-ayrılıqda təşkil olunacaq metodbirləşmə iclaslarında məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təmayülləşmə, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda müzakirələr aparılması nəzərdə tutulmuşdur.