Müəllimlərlə müzakirələr aparıldı

    2024-cü ilin noyabrın 14-dən 22-dək məktəb üzrə ümumi işçi sayının 30 %-ə qədərinin növbəlilik əsasında işə cəlb olunmasının təmin olunması və bu müddət ərzində görüləcək işlərin məktəbin fəaliyyət planına əsasən aparılması məqsədilə müəllimlərlə keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təlimdə keyfiyyətin artırılmasının üsul və formaları  və digər müvafiq məsələlər ətrafında müzakirələr aparıldı. İbtidai sinif müəllimlərinin iştirakı ilə keçirilən metodik görüşlərdə müəllimlərlə gündəlik planlaşdırma nümunəsinin hazırlanması təşkil edildi. Məktəbin direktoru Sevinc Hüseynovanın rəhbərliyi ilə aparılan müzakirələrin əsas məqsədi müəllimlərə metodiki dəstəyin göstərilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi