Beynəlxalq məktəb kitabxanası günü
22 Oktyabr-“Beynəlxalq Məktəb Kitabxanaları Günü”dür. Beynəlxalq Məktəb Kitabxanaları Günü 1999-cu ildə YUNESKO-nun təşəbbüsü ilə təsis edilmişdir. Ötən illərdə olduğu kimi bu il də bizim məktəb kitabxanası oktyabr ayının 21-də “Beynəlxalq Məktəb Kitabxanaları Günü”nü qeyd etməyə başladı. Kitabxana müdiri Bənövçə Ağayeva ay ərzində şagirdlərin məktəb kitabxanasına ekskursiyalarının təşkil olunması üçün plan hazırladılar. Əsasən I siniflərin kitabxana ilə tanışlığı başladı. Əvvəlcə şagirdlərə məktəb kitabxanası, onun fondu haqqında məlumatlar verildi. Sonra kitabxana və kitabların yaranması, kitab çapı, zəmanəmizədək bu kitabxanaların keçdiyi inkişaf yolu barədə danışıldı. Qədim və müasir kitabxanalar, dünyanın ən böyük və qeyri-adi kitabxanaları haqqında bilgilər şagirdlərin diqqətinə çatdırıldı.