"Süfrə mədəniyyəti" adlı nümunəvi dərs

Məktəbin ibtidai sinif müəllimi Vəfa Atakişiyevanın rəhbərliyi ilə 4"A" sinif şagirdləri texnologiya dərsində öz süfrə bəzəmək bacarıqlarını nümayiş etdirərək qruplarla yarışdılar. Dərsin əsas məqsədi şagirdlərə süfrə bəzəməyin yollarını, süfrə avadanlıqlarının yerini düzgün qoymağı öyrətmək idi. Bu dərsdə şagirdlər həm də süfrə ətrafında davranış qaydalarını da nümayiş etdirərək yüksək ballar qazandılar.