"Təhlükəsiz məktəb" mövzusunda maarifləndirici görüşlər keçirilir
Təhsil müəssisələrində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə bir çox tədbirlər həyata keçirilir. Şiddət və zorakılıq, təbii fəlakətlər, radioaktiv şüalanma və s.kimi mövzular ilə əlaqədar olaraq şagirdlərin iştirakı ilə maarifləndirici görüşlər təşkil edildi.Görüşün keçirilməsində məqsəd təhsilverənlərin və təhsilalanların həyat və sağlamlığının müdafiəsini təmin etmək, onları bu istiqamətdə məlumatlandırmaq olub. Görüş zamanı şagirdlərlə psixoloji söhbətlər aparılıb, onlara təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması barədə ətraflı məlumat verildi. Məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Vəfa Sarıyeva, UBTR Lalə Nəbiyeva,psixoloqlar Ruhiyyə Omarova,Günay Əliyeva öz çıxışlarında qeyd ediblər ki, təhlükəsiz məktəb və təhlükəsiz mühitin təmin olunmasında valideynlərin də böyük rolu var. Belə ki , şagirdlərin məktəbə formada gəlməsi, dərsə gecikməsi, dərsə davamiyyəti, məktəbə kəsici -deşici əşyalar gətirməsi kimi halların baş verməməsi istiqamətində valideyn məsuliyyət daşıyır.