"A World of texnology" mövzusunda nümunəvi dərs

Məktəbdə ingilis dili fənnindən "A World of texnology" mövzusunda nümunəvi dərs keçirildi. Dərsdə məktəbin direktoru Sevinc Hüseynova, təlim tərbiyə işləri üzrə direktor müavini Gülnaz Allahverdiyeva, digər ingilis dili müəllimləri iştirak edirdi. Müəllim müxtəlif resurslardan istifadə edərək 1.1.3. 2.2.3. 2.2.4 standartlarını reallaşdırdı. Müəllim sinfə suallar verməklə motivasiya qurdu. Şagirdlər qruplara bölündü, onlara iş vərəqləri paylandı. Qruplar öz işlərini bitirdikdən sonra meyarlar əsasında qiymətləndirmə aparıldı. Nümunəvi dərs yüksək qiymətləndirildi.