Şəhid məzun anım günündə yad edildi

Vətən müharibəsinin şəhidi, məktəbin şəhid məzunu Kazımlı Mürsəl 23 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. Məktəb kollektivi və şəhidin adı verilən 9_d sinfinin şagirdləri şəhid məzunumuzun anım günündə abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Vətənin sağ olması üçün, ərazi bütövlüyümüzün bərpası, bayrağımızı əbədi ucalıq qazanması, Azərbaycanımızın canlanması üçün can verən şəhidlərimizin ruhuna ehtiramımız əbədidir!