Müstəqilliyə gedən yol
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar məktəbdə "Müstəqilliyə gedən yol: Azərbaycan Xalq Cümhuriyyətinin varisi Azərbaycan Respublikasının müstəqilliyinin bərpası" adlı tədbir keçirildi. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına əsasən Azərbaycan xalqının 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etməsi, 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslandığı və ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olması faktları şagirdlərə çatdırılmışdır. Tədbir şagirdlərin təqdimatında bədii hissə ilə yekunlaşdı.