Tullantılardan incəsənətə
Məktəbdə "Ekologiya aylığı" çərçivəsində plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadə ilə əlaqədar sərgi təşkil olundu. "Yaşıl dünya naminə həmrəylik ili"ndə təşkil edilən sərginin məqsədi ətraf mühitin çirklənməsinin qarşısını almaq , tullantılara ikinci həyat vermək , şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etməkdən ibarətdir .