IX siniflərdə valideyn iclasları
11 oktyabr 2024-cü il tarixdə məktəbdə IX sinif şagirdlərinin valideynləri, IX sinifdə Azərbaycan dili, ingilis dili və riyaziyyat fənnini tədris edən müəllimlər və sinif rəhbərlərinin iştirakı ilə iclas keçirilirdi.
İclasın gündəliyində aşağıdakı əsas məsələlər qoyulmuşdur:
1. Yeni dərs ilində qarşıda duran ümumi vəzifələr.
2. İl ərzində şagirdlərlə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə aparılacaq işlər haqqında.
3. Uşaqların təlim-tərbiyəsində valideynlərin məsuliyyətinin artırılması.
4. Məktəb və ailənin vahid tələbkarlığı baxımından sinif rəhbərləri və valideynlər tərəfindən təlim müvəffəqiyyətinin şagird gündəliklərində izlənilməsi.
5. Şagirdlərin dərsə davamiyyəti, dərsdən qalma, dərsə gecikmə və dərsdən yayınma hallarının qarşısını almaq məqsədilə nizam-intizamın, məktəbli formasının və məktəb əmlakının qorunmasının nəzarət altında saxlanılması. İclasda eyni zamanda tədris proqramında yeniliklər haqqında məlumat verilmiş, valideynlərin təklifləri dinlənilmişdir.