3-cü siniflərdə valideyn iclasları keçirilir
8 oktyabr 2024-cü il tarixində məktəbdə 3-cü siniflərin valideynləri ilə valideyn iclasları keçirildi. Təlim-tərbiyə işləri üzrə direktor müavini Günay Adnayeva çıxışında valideynlərə bildirdi ki, məktəb müəllim,şagirdlərlə yanaşı həm də sizindir. Hər bir valideynin istədiyi vaxt məktəbə gəlmək, övladının təhsilinə nəzarət etmək hüququ var. Şagirdləri qorumaq,onları layiqli vətəndaş kimi yetişdirmək üçün müəllim və valideynlər övladlarımızı gözəl təhsil,tərbiyə almasına təmin etməlidirlər. Bu məsələlərlə yanaşı o, valideynlərə övladlarının sağlamlığı naminə onların gigiyenasına daha diqqətli olmağı, uşaqların normal qidalanmasına , dərsdən yayınma,dərsə gecikmə hallarının aradan qaldırılması üçün məktəbə dəstək olmalarını tövsiyyə etdi. Sonra isə siniflərdə dərs deyən fənn müəllimləri də hər bir şagird haqqında valideynlərə məlumat verdilər.Təhsildən geri qalan şagirdlərin valideynləri ilə maarifləndirici söhbətlər apardılar.