Polis əməkdaşları şagirdlərlə maarifləndirici görüş keçirdi

    Suraxanı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə məktəbdə maarfiləndirici görüş keçirildi. Gənclərin düçar olduğu bəlalar,tədrisdən yayınma halları və s. bu kimi mövzularda keçirilən görüşdə çıxış edən Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik leytenantı Əfqan Ağayev narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışdı və narkotiklərin bir nəfərin yox ümumiyyətlə cəmiyyətin problemi olduğunu qeyd edib. O, son aylarda Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə şagirdləri məlumatlandırdı, onları sağlam gələcək naminə narkotik vasitələrdən uzaq durmağa çağırdı. Məktəbin direktoru Sevinc Hüseynova çıxış edərək gənclərə daima diqqətli olmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacib olduğunu bildirdi. Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi