Kiçik fidanlar məktəbə ilk addımlarını atdılar

        Məktəbəhazırlıq qruplarında dərslər başlandı. Dərslər başlanmazdan əvvəl 30 sentyabr tarixində valideynlərlə maarifləndirici görüş keçirildi. Bütün valideynlər psixoloqlar tərəfindən adaptasiya mərhələsi ilə bağlı məlumatlandırıldılar.

      01 oktyabr tarixində məktəbimiz kiçik fidanları təntənəli şəkildə qarşıladı. IV sinif şagirdləri qonaqlar üçün maraqlı rəqslər, çıxışlar hazırladılar. Beşyaşlı uşaqlar gələcəkdə elmin sirlərini öyrənəcəkləri ilk müəllimləri və məktəbləri ilə tanış oldular. "Elm dünyasında yolunuz uğurlarla dolu olsun,əziz balalar" deyərək məktəbin direktoru Sevinc Hüseynova şagirdləri qəbul etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi