Müəllimlərlə görüş keçirildi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü barədə təlimatın icrası məqsədilə müəllimlərlə rəhbərlik tərəfindən görüş keçirilib. Görüşdə şagirdlərin və valideynlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi nemətlərin verilməsi, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi neqativ halların baş verməsinin qadağan olması müəllimlərin nəzərinə çatdırıldı.