Vətən müharibəsi Qəhrəmanlarının əziz xatirəsi yad edildi
27 Sentyabr - Anım Günü ilə bağlı Qalibiyyət və vətənpərvərlik ruhunda təşkil edilən tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Anım Günü barədə şagirdlərə ətraflı məlumat verildi. Məktəbin direktou Sevinc Hüseynova Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Gününün Vətən Müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu qeyd etdi.
Tədbirdə həmçinin Vətən Müharibəsində qazanılan qələbədən sonra Qarabağda böyük abadlıq və quruculuq işlərinin başlanması, işğaldan azad edilən torpaqlarımızın yenidən bərpa olunması, dövlət başçısının Sərəncamına əsasən, hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə də məlumat verildi.
Tədbir bədii hissə ilə davam etdi. Şagirdlərin şeirləri,hazırladıqları səhnəciklər,ifa etdikləri musiqilər tədbirə maraq qatdı.