“Çox oxuyan çox bilər” adlı tədbir
Məktəbimizin 2a sinif şagirdlərinin iştirakı ilə 1 mart 2017-ci il tarixində “Çox oxuyan çox bilər” adlı tədbir keçirildi. Tədbirdə H.Cavidin “Qız məktəbində” əsərindən səhnəcik təşkil olunmuşdur. Həmin sinfin şagirdlərindən iki nəfərin maraqlı rəqsi tədbir gedişatına rəng qatmışdır. Həmçinin Ə.Cəmilin “Can nənə bir nağıl de” əsərindən səhnəcik iştirakçıların marağına səbəb olmuşdur. Bundan sonra Ümummilli liderimiz Heydər Əliyev haqqında video çarx hamının diqqətini cəlb etmişdir.