Anti-terror əməliyyatlarının şəhidi

     Məktəbin 3_c sinfinə anti-terror əməliyyatlarında şəhid olmuş məktəbin məzunu Elxan Məmmədlinin adı verilmişdi. Elxanın şəhidlik zirvəsinə ucaldığı 19 sentyabr tarixində onun anım günü keçirildi. İbtidai sinif müəllimi Aytac Əliyeva şəhid Elxan Məmmədlinin torpaqlarımızın azad olması istiqamətində gedən gərgin döyüşlərdə həlak olduğunu şagirdlərin diqqətinə çatdırdı. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Şəhidin həyatı  və döyüş yolu haqqında biliklərini paylaşdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi