Bilik günü qeyd edildi

    Suraxanı rayonu 278 nömrəli tam orta məktəbdə bu gün Bilik Günü qeyd olundu. Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru Sevinc Hüseynova müəllimləri, valideynləri və şagirdləri təbrik edərək,onlara yeni dərs ilində uğurlar arzuladı. Direktorun çıxışından sonra söz Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşına verildi. O yeni dərs ilində şagirdlərə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının təbriklərini çatdırdı. Daha sonra tədbir birincilərin və dördüncülərin rəngarəng çıxışları ilə davam etdi. Tədbirdən sonra ilk səsləndi və birincilər sinif otaqlarına yola salındı.

İlk dərs saatları 2-11-ci siniflər üzrə "Yaşıl dünya naminə həmrək olaq" mövzusuna həsr olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi