Ibtidai sinif müəllimləri ilə iclas

    Məktəb rəhbərliyi  tərəfindən yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq ibtidai sinif müəllimləri arasında iclas keçirildi. İlk öncə   məktəbin direktor müavini Günay Adnayeva iclası  açıq elan edərək 2024-2025-ci dərs ilinin proritet fəaliyyət istiqamətləri, təhsilin keyfiyyətinin artırılması baxımından görüləcək işlər,  siniflər üzrə proqram materiallarının şagirdlər tərəfindən mənimsənilməsi vəziyyətini diaqnostik qiymətləndirmə vasitəsilə öyrənib çatışmazlıqların yeni tədris ilində intensiv tədris yolu ilə aradan qaldırılması, sosial davranış qaydalarının təşviqi, pandemiya dövrünün davam etdiyi bir dövründə bütün şagirdlərin təlimə cəlb edilməsi üsullarının tətbiq edilməsi  metodikasının geniş təbliği, müasir dövrün əsas kompenetlərdən sayılan müstəqil öyrənmə bacarıqlarının inkişafı məsələsinin pedaqoji heyətin, eləcə də valideynlərin diqqətinə çatdırılması, məsuliyyətli təhsilalanların formalaşdırılması məsələlərin müzakirəyə çıxardı.

          Qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, aidiyyəti tapşırıqlar verilib və müəllimləri maraqlandıran suallar cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi