İlk Pedaqoji şura iclası təşkil olundu

    04.09.2024-cü il tarixdə məktəbdə 2024-2025-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq ilk Pedaqoji şura iclası təşkil olundu. İclasda məktəbin direktoru Sevinc Hüseynova pedaqoji heyəti salamladı və ardınca 2023-2024– cü tədris ilində görülmüş işlər və qarşıda duran məsələlər, habelə Elm və Təhsil Nazirliyinin və BŞTİ-nin müvafiq təlimat və tövsiyələri haqqında müəllimləri məlumatlandırdı. Daha sonra sədr və katibin seçilməsi səsə qoyularaq yekdilliklə qəbul edildi.    

    Təlim- tərbiyə işləri üzrə direktor müavinləri Allahverdiyeva Gülnaz və Adnayeva Günay çıxış edərək müəllimlərin dərs yükü və dərs cədvəlinin təsdiqi, fənlər üzrə MB rəhbərlərinin təsdiqi, X siniflərinin komplektləşdirilməsi haqqında ətraflı məlumat verdi. Məktəbin Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Vəfa Sarıyeva məzunların nəticələri barədə,məktəbli formaları haqqında məlumat verdi.

İclasın gedişatında aşağıdakı məsələlər müzakirə olundu:

1. IV və VI sinifləri üzrə keçirilən monitorinqin nəticələrinin müzakirəsi;

2. Proqramların təsdiqi;

3. Təşkilat saatlarının planının hazırlanması;

4. İcmalların və gündəliklərin hazırlanması;

5. Dərsliklərin paylanması və şagirdlərin dərsliklərlə tam təmin olunması;

6 . Formativ jurnalların hazırlanması;

7. Şagirdlərin dərsə davamiyyətinə ciddi yanaşılması;

8. Elektron jurnala keçid baradə məlumat;

9. Sinif rəhbərlərinin valideyn iclasların təşkil edilməsi və digər bu kimi məsələlər

Sonda müəllimləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi