"Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində milli-mənəvi dəyərlərimizin qorunması
" Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, şagirdlərin bu dəyərlərə məhəbbət ruhunda tərbiyə olunması, yaradıcı düşüncə meyillərinin gücləndirilməsi məqsədilə məktəbyanı ərazidə bir çox ağac tingləri əkildi. Şagirdlərimiz çöl quşlarını qorumaq və təhlükəsizliyini təmin etmək məqsədilə quş yuvaları hazırlayaraq məktəbin həyətindəki ağaclara asdılar. Bu tədbirlərin keçirilməsində məqsəd şagirdlərin ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizə aparmaqdır.