Xocalı sakini, Xocalı faciəsini yaşayan Şəfiqə müəllimə ilə görüş
Fevral ayının 24-də məktəbin ibtidai sinif şagirdləri ilə Xocalı sakini, həmin faciəni yaşayan Şəfiqə müəllimə ilə görüş təşkil olundu. Şəfiqə müəllimə bu faciədə hər iki valideynini itirən dörd uşağa sahib çıxaraq onların təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Həmin gecə baş verən dəhşətli qırğın haqqında ürəkağrısı ilə danışan müəllimə bir daha bu cür faciələrin baş verməməsini arzuladı. Şagirdlərə vətənini, torpağını ürəkdən sevməyi tövsiyə etdi.