“Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusunda “Eko – etnoqrafiya şagirdlərin tədqiqatında” adlı layihə

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusunda məktəbimizin tarix müəllimlərinin rəhbərliyi ilə yuxarı sinif şagirdləri fevral ayının 23-də “Eko – etnoqrafiya şagirdlərin tədqiqatında” adlı layihə hazırladılar. Məktəbin tarix müəllimi Nəzərova Yeganə tədbiri açıq elan etdi. Himn səsləndi.Burada şagirdlər dörd ünsür: su, od, yel, torpaq çərşənbələrini eko-etnoqrafik bağlılığını numayiş etdirdilər. Suyun müqəddəs tanrı vergisi olduğunu, həyat mənbəyi, müalicəvi əhəmiyyəti, gigiyena, həyatın başlangıcı olan suyun Azərbaycanın həyatında qədimdən bəri ən mühüm rol oynamasını vurğulandı. Suyun el arasında uzun ömürlülük, uğur, paklıq, saflıq rəmzi olduğu qeyd olundu. Azərbaycanın əfsanəvi guşələrindən olan, indi erməni əsirliyində olan su mənbələri haqqında, onların ekoloji durumu haqqında hərtərəfli məlumat verildi.Od ünsürünündə qədimdən insanların ibadət yeri Azərbaycanın simvolarından biri kimi göstərildi. İlk Avropa olimpiya oyunlarının da Azərbaycanda keçirilməsi də təsadüfü deyildi. Azərbaycan Respublikasənən Prezidenti Cənab İlham Əliyev Olimpiya məşəlini məhz qədim od məskəni olan Atəşgahda alovlandırdı. İşğal altında olan torpaqlarımızda meşələrin yandırılması, torpaqa ziyan vurulması, odun bir mübarizəyə cağırış rəmzi olduğunu göstərdi və od qeyrətli övladlarımızın torpaqlarımızı azad edəcəyi əminliyi vurğulandı.Yel – təbiətdə gigiyena, məhsuldarlıq , təmizlik doğma Bakımızın simvolu kimi təqdim edildi, yel dəyirmanlarından ta qədimdən istifadə olunduğunu və müasir dünyada alternativ enerji mənbəyi olduğu söyləndi. Məhz bunun təzahürü dövlət başçımızın Cənab İlham Əliyevin açıq havada etnoqrafiya muzeyinin yaradılmasında gördüyü işlər vurğulandı.Torpaq çərşənbəsinin adətləri haqqında məlumat verildi. Qədimdən bəri torpağın saflığının qorunması üçün görülən işlərdən müasir dövrdə isə çirklənmiş torpaqların münbitləşməsi, yaxşı hala salınması üçün görülən işlərdən danışıldı.Prezident İlham Əliyevin Qara şəhərin Ağ şəhərə çevirməsi layihəsi haqqında danışıldı. Və dünya dövlətlərinin nəzərini bir tonqal çağırışı ilə Azərbaycana, onun işğal olunmuş torpaqlarına yönəltməyinin vaxtı çatdığı vurğulandı. “Dədə Qorqud” filmindən bir parça verildi: “Torpağı əkib becərməsən, qorumağa dəyməz, torpağı qorumursansa, əkib – becərməyə dəyməz”.Azərbaycanın ərazisində çoxlu miqdarda istirahət parklarının yaradılması işinə dövlət tərəfindən xususi diqqət olduğu vurğulandı.Kütləvi surətdə yaşıllaşma işinin aparılması qeyd olundu. Ulu Öndər Heydər Əliyev demişdir: “Kim hansı ağacı kəsirsə hesab edirəm ki, o mənim qolumu, barmaqlarımı kəsir. İnsan qurmalıdır yaratmalıdır. Təbiətə zərər vuranlar, təbiəti çirkləndirənlər cəmiyyətimizin, hamımızın düşmənidir.İşğalda olan “Topxana meşəsinin” acılı taleyi vurğulandı.Azərbaycanın möcüzəli təbiətinin 4 ünsürü onun xalq yaradıcılıq nümunələrində, xalçalarında öz əksini tapdığını təbiət və insan vəhdətini iştirakçılar geniş açıqlaya bildilər. Yeni həyat rəmzi olan səməni yeni çillənin başlanğıcı olan gəlinlərlə müqayisə edildi və şagirdlərdə ölkənin adət ən - ənələrinə tarixinə milli mənəvi dəyərlərinə, müqəddəs inanc yerlərinə hörmət və ehtiramı öz əksini tapdı. Öz tarixinə söykənən milli dəyərlərinə söykənən xalqın öz təbii sərvətlərinə qiymət verən millətin gələcəyə böyük inancı olduğunu söylədi.Tədbir hamı tərəfindən alqışlandı və məktəbimizin direktoru Məlahət xanım Əliyevanın çıxışı ilə yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi