"Sən həmişə bizimləsən,Ulu Öndər" adlı təşkilat saatı

          Sinif rəhbərlərinin apardığı tərbiyəvi işin ən mühümü olan sinif təşkilat saatı şagirdlərin təhsil və tərbiyəsinə düzgün istiqamət vermək üçün çox faydalı və gərəklidir. Sinif kollektivi yaratmaq, sinifdəki hər bir şagirdin fərdi-psixoloji xüsusiyyətlərini dərindən öyrənmək məqsədi ilə maarifləndirici, istiqamətləndirici və təşkiledici istiqamətdə mütəmadi olaraq siniflər üzrə sinif təşkilat saatı keçirilir.

         10 may tarixində Məmmədova Şahpərinin rəhbərik etdiyi 6_A sinfində növbəti təşkilat saatını Ulu öndər Heydər Əliyevə həsr edildi.Təşkilat saatinda iştirak edən məktəbin direktoru Sevinc Hüseynova və qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında məlumat verdi, Azərbaycan üçün gördüyü əvəzolunmaz işlərdən danışdı. Şagirdlər mövzu ətrafında təqdimatlar etdilər, şeirlər söylədilər, Ümummilli liderin söylədiyi müdrik fikirləri səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi