Şagirdlər Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkda ekskursiyada
4 may tarixində 7_b və 7_c sinif şagirdləri Heydər Əliyev Fondunun layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parka ekskursiyaya getdilər. Şagirdlər burada salınmış xüsusi yaşıllıq zolaqları,dekorativ bitkilər və ağaclar ,fəvvarə meydançası,elektron kitabxana,İDEA resurs mərkəzi,şahmat otağı ilə tanış oldular.Yaşı 100 ildən artıq olan xalçaların yerləşdiyi Xalça Muzeyi uşaqların marağına səbəb oldu.