Görkəmli oftolmoloq alimin əziz xatirəsi yad edildi

Görkəmli oftalmoloq-alim, işıqlı ziyalı, səmimi,qaygıkeş insan, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi hər zaman ürəklərdə yaşayacaq. Bu məqsədlə məktəbin kitabxanasında fəaliyyət planına uyğun olaraq Bənövşə Ağayevanın rəhbərliyi ilə 7_b sinif şagirdləri Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə onun əziz xatirəsini yad etdilər,ona həsr olunan kitabların müzakirəsini apardılar. Alimin həyat və fəaliyyəti ilə yaxından tanış oldular,biliklərini paylaşdılar.