"Atəşgah məbədi" Dövlət Tarix- Memarlıq qoruğuna ekskursiya
Məktəbin 5_b sinif şagirdləri və sinif rəhbərləri Tatyana Həsənovanın iştirakı ilə Azərbaycanın XVII–XVIII əsrlərə aid tarixi abidəsi olan "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil olundu. Bələdçlər şagirdlərə məbədin tarixi haqqında ətraflı məlumat verdilər, Qoruğun ərazisində yerləşən eksponatlarla tanış etdilər. Ekskursiya şagirdlərin böyük marağına səbəb oldu. Mütəmadi olaraq diyarşünaslıq ekskursiyalarının təşkili şagirdlərə doğma torpağımız və onun tarixi keçmişini praktik olaraq öyrətmək, mənimsətmək baxımından böyük əhəmiyyətə malikdir.